çərşənbə axşamı 10 iyun 2025 - 05:26
İnsan təbiətinin saf mahiyyətindən qaynaqlanan dönüş nöqtəsi

Hövzə/ Madeleine gəmisində olan fəallar kimi haqqa can atan insanların simvolik hərəkəti göstərdi ki, bəşər vicdanı hələ də insanlığın saf ətrini daşıyır və bu torpaqlarda ədalət və məzlumların müdafiəsi üçün qayğı hələ də hökm sürür və davam edir.

Hövzə Xəbər Agentliyinin məlumatına əsasən, bu gün dünyada ədalət və haqq axtarışı bir çox sahələrdə sadəcə siyasətçilərin və ölkə rəhbərlərinin dillərində dolaşan bir sözə çevrilsə də Madeleine gəmisinin karvanı Qəzzə məzlumlarını müdafiə etmək və bu dar zolaqda aclıq çəkən insanlar xüsusilə uşaqlara təcili yardımın vacibliyini vurğulamaqla ümid işıqlarını yenidən alovlandırır. Bu baxımdan qürurvericidir ki, bəşər vicdanı hələ də insanlığın saf ətrini daşıyır və bu torpaqlarda ədalət və məzlumların müdafiəsi tam yerindədir.

Fərqli millətlərdən olan bir qrup insan haqları və ətraf mühit fəallarının bu məsələdə atdığı simvolik addım, yalnız əzab çəkən Fələstin xalqına həmrəylik və ümid mesajı verməklə kifayətlənmir. Bu hərəkət, mətnin fövqündə daha mühüm və əsaslı bir məqamı ehtiva edir. Artıq bəyanatlar vermək və sözlə dəstək göstərmək dövrü bitmişdir. İndi əməli addımlar atmağın vaxtıdır. Qəzzə xalqına ürək yandıranların bu hərəkətini  də bu baxımdan dəyərləndirmək lazımdır.

Əlbəttə Madeleine gəmisi İtaliyanın Sisil adasında yerləşən Kataniya limanından Qəzzədə mühasirədə olan insanlara yardım məqsədilə bu bölgəyə yola düşmüşdü. Lakin bu gün səhər saatlarında sionist rejimin kamandirləri tərəfindən saxlanılaraq Aşdod limanına aparılıb.

Bununla belə, burada əsas önəm daşıyan məqam budur ki, bu məsələdə həm Qəzzə xalqının məzlumluğunun izahı, həm də sionist qəsbkarların vəhşiliyinin ifşası baxımından söz meydanını, milliyyət, din, məzhəb və irqindən asılı olmayaraq azadlıqsevərlər ələ alıblar. Şübhəsiz ki, son qələbə, qəlbini haqq cəbhəsinə bağlamış və zülm və istibdad cəbhəsinə olan nifrətini səmimi və əməli şəkildə ifadə edənlərin olacaq.

Bu arada qeyd edilməlidir ki, İsveçli məşhur fəal Qreta Tanberqin açıq və cəsarətli mövqeyi bu hadisənin dönüş nöqtəsidir. O, bu tarixi səfərin təhlükələrindən tam agah olmasına baxmayaraq bu təhlükənin sionist rejimin gəmini ələ keçirməsi ilə nəticələnməsinə rəğmən belə deyir:  
“Bizim missiyamız İsrailin Qəzzə zolağına tətbiq etdiyi mühasirəni və hökumətlərimizin həmfikir mövqelərinin kölgəsində baş verən bu soyqırımı ifşa etməkdir. Biz silah daşımırıq, ərzaq və dərman aparırıq. Qəsdən yaradılan aclıq və Qəzzə sakinlərinin əsas ehtiyaclarından məhrum edilməsi, İsrailin fələstinlilərə qarşı istifadə etdiyi müharibə üsullarındandır.”

Zülmə məruz qalmış və tək qalan Qəzzəyə dəstək yolunda yalnız adi tədbirlərlə kifayətlənmək olmaz. Bununla belə, xalqın bu cür təşəbbüsləri beynəlxalq miqyasda mediada uyğun şəkildə işıqlandırılarsa, İsrail adlı xərçəng xəstəliyinin nəfəs alma sahəsi hər zamankından daha da daralacaqdır. Ümid edək ki, haqq cəbhəsi tam və qəti zəfər çalacaq, batil qütbü isə bu mühüm tarixi döngədə məhv olacaqdır.

Seyid Məhəmməd Mehdi Musəvi

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha